Siyavuş Novruzov: "Süni mayalanma ilə dünyaya uşaq gətirmək olmaz"

Siyavuş Novruzov: "Süni mayalanma ilə dünyaya uşaq gətirmək olmaz" "Süni mayalanma ilə dünyaya uşaq gətirmək olmaz".
Milli Məclis
13 İyun , 2023 12:10
Siyavuş Novruzov: Süni mayalanma ilə dünyaya uşaq gətirmək olmaz
Siyavuş Novruzov

"Süni mayalanma ilə dünyaya uşaq gətirmək olmaz".

“Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov iyunun 13-də parlamentin növbədənkənar sessiyası çərçivəsində keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi Milli Məclisə uzun illərdir təqdim olunub: “Ancaq bu sənədin milli mentalitetimizə uyğun olmadığını hesab edirəm. Çünki süni mayalanma ilə dünyaya uşaq gətirmək olmaz. Düzdür, hüquqi, tibbi və teoloji nöqteyi-nəzərdən baxa bilərik, mən daha çox teoloji istiqamətdə baxıram. Əgər Allah qismət etməyibsə, əleyhinə getmək olmaz. Bunu parlamentdə müzakirə etməyin heç bir yeri yoxdur. Əgər başqa ölkələrdə bunu tətbiq edirlərsə, özləri bilərlər. Məsələn, Rusiyada bir nəfər 40 uşaq dünyaya gətirir, ancaq bunu Azərbaycanda tətbiq etmək olmaz”.

Son xəbərlər

Orphus sistemi