Səfa Mirzəyev təqaüdə göndərilib - EKSKLÜZİV

Səfa Mirzəyev təqaüdə göndərilib - EKSKLÜZİV Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev vəzifəsindən azad edilib.
Milli Məclis
4304
13 May , 2022 10:53
Səfa Mirzəyev təqaüdə göndərilib - EKSKLÜZİV
Səfa Mirzəyev

Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev vəzifəsindən azad edilib.

"Report"un xəbərinə görə, o, son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Onun yerinə hələ ki, təyinat olmayıb.

Qeyd edək ki, bu il mayın 12-də Səfa Mirzəyevin 70 yaşı tamam olub. 70 yaşı tamam olmazdan bir gün əvvəl Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Səfa Abbas oğlu Mirzəyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

O, 1990–1992-ci illərdə SSRİ Konstitusiya Nəzarəti Komitəsində komitə üzvü kimi fəaliyyət göstərib. 1992-ci ildən Milli Məclis Aparatında işləyirdi. Ali Sovet Katibliyinin hüquq təminatı və nəzarəti şöbəsinin müdiri, katibliyin rəisi, baş katibi, Milli Məclis Katibliyinin rəhbəri olub.

6 fevral 1997-ci ildən Milli Məclis Aparatının rəhbəri idi.

Son xəbərlər

Orphus sistemi