Sədr: “Politelin paketlərin istifadəsinin azadılması ilə bağlı qanunvericilikdə dəyişikliklər olunmalıdır”

Sədr: “Politelin paketlərin istifadəsinin azadılması ilə bağlı qanunvericilikdə dəyişikliklər olunmalıdır” Bakı. 14 dekabr. REPORT.AZ/ “Tullantıların idarə olunması ətraf mühitin qorunmasında böyük rol oynayır. Azərbaycanda bu sahəyə böyük diqqət yetirilir. Ölkənin inkişaf səviyyəsindən asılı olaraq adambaşına düşən tullantı miqdarı da dəyişir. İqtisadi baxımdan zəif inkişaf etmiş ölkələrdə adambaşına düşən tullantının miqdarı 100-200 kiloqram arasında dəyişir”.
Milli Məclis
14 Dekabr , 2018 12:44
Sədr: “Politelin paketlərin istifadəsinin azadılması ilə bağlı qanunvericilikdə dəyişikliklər olunmalıdır”
0 : 00
0 : 00

Bakı. 14 dekabr. REPORT.AZ/ “Tullantıların idarə olunması ətraf mühitin qorunmasında böyük rol oynayır. Azərbaycanda bu sahəyə böyük diqqət yetirilir. Ölkənin inkişaf səviyyəsindən asılı olaraq adambaşına düşən tullantı miqdarı da dəyişir. İqtisadi baxımdan zəif inkişaf etmiş ölkələrdə adambaşına düşən tullantının miqdarı 100-200 kiloqram arasında dəyişir”.

“Report”un xəbərinə görə, bunu Bakıda keçirilən Parlamentlərarası İttifaqın gənc parlament üzvlərinin V Qlobal Konfransında Azərbaycan “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin İdarə heyətinin sədri Etibar Abbasov deyib.

O qeyd edib ki, inkişaf etmiş ölkələrdə il ərzində adambaşına düşən tullantının miqdarı 400-500 kiloqram arasında dəyişir: “Azərbaycanda isə bu, 350 kiloqramdır”.

ASC sədri vurğulayıb ki, BMT-nin hesabatına görə hər il okeanlara 8 milyon ton plastik tullantı atılır: “Bu belə davam edərsə, 2050-ci ildə dünya okeanında plastik tullantıların miqdarı balıq sayından daha çox olacaq. Bu isə ekoloji fəlakət deməkdir. Dünya məhz həmin tullantıların tənzimlənməsi üçün müxtəlif üsullar axtarışındadır. Fikrimzcə, ən effektiv üsullardan biri istehsalçının genişləndirilmiş məsuliyyət mexanizminin tətbiq edilməsidir. Bu üsulla istehsalçı və idxalçı məhsulun həyat dövranı bitdikdən sonra onun utilizasiyanı üzərinə götürür”.

E.Abbasov xatırladıb ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi politelin paketlərin istifadəsinin azadılması istiqamətində optimal variantlar axtarışındadır: “Yaxın gələcəkdə həmin məhsulların məişətdə istifadəsini tədricən azaldılması nəzərdə tutulur. Bununla əlaqədar qanunvericilikdə müvafiq dəyişikliklər edilməsi ilə bağlı təkliflər irəli sürülüb”.

Onun sözlərinə görə, istehsalçı ilə bərabər vətəndaş məsuliyyəti də önəmli rol oynayır.

Son xəbərlər

Orphus sistemi