Bəzi kateqoriyadan olan şəxslərə dəfn müavinətlərinin verilməsi üçün Maliyyə Nazirliyi ilə müzakirələr aparılacaq.
“Report” xəbər verir ki, bu fikirləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin mayın 22-də keçirilən iclasında çıxışı zamanı deyib.
O xatırladıb ki, bu gün pensiyaçılar, işləyən və digər şəxslərə dəfn müavinəti nazirlik tərəfindən verilir: “Yalnız işləməyən, hər hansı fərdi hesabda ödənişi olmayan şəxslərə bu vəsaiti nazirliyimiz ödəmir. Bu məsələni dəfələrlə Milli Məclisdə gündəmə gətiriblər. Sırf maliyyə təminatı baxımından Maliyyə Nazirliyi ilə növbəti mərhələdə müzakirələrimiz olacaq. Maliyyə təminatı olacağı təqdirdə, əlbəttə, biz bunu sürətli şəkildə təmin edə biləcəyik”.