Bakı. 28 noyabr. REPORT.AZ/ Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Məclisinə sədrlik Azərbaycana keçib.
"Report"un məlumatına görə, bununla bağlı qərar məclisin İrəvanda keçirilmiş 52-ci sessiyasında qəbul edilib.
Beləliklə, növbəti - 53-cü sessiya 2019-cu ilin iyununda Bakıda təşkil olunacaq.
QDİƏT-in Parlament Məclisinin İrəvanda noyabrın 27-dən işinə başlayıb,
Sessiyanın dünənki iclasında E.Quliyev “Regional iqtisadi əməkdaşlığın inkişafında parlamentlərin rolu”, Ə.Amaşov isə “Azərbaycan Respublikasında kiçik biznesin inkişafında dövlət dəstəyi” mövzusunda çıxış edib.
Qeyd edək ki, QDİƏT-in Parlament Məclisinə sədrlik əlifba sırası əsasında, rotasiya qaydasına uyğun olaraq, 6 ay müddətində həyata keçirilir. Qaydaya görə, Məclisə sədrliyi həyata keçirən ölkənin parlamentinin rəhbəri başçılıq edəcək. Bu baxımdan, növbəti 6 ay müddətində QDİƏT-in Parlament Məclisinin sədri Azərbaycan Respublikasının Milli Məclisinin sədri