Psixoloji xidmətlə bağlı layihə qəbul olundu

Milli Məclis
  • 24 aprel, 2020
  • 11:31
Psixoloji xidmətlə bağlı layihə qəbul olundu

Azərbaycanda xüsusi təhsil müəssisələrində psixoloji xidmətin təşkil olunması təklif edilib.

“Report” xəbər verir ki, bununla bağlı “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” qanuna dəyişiklik parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb

Dəyişikliklə qanuna yeni 13.3-1-ci bənd əlavə edilir. Yeni bəndə əsasən xüsusi təhsil müəssisələrində "Təhsil haqqında" qanuna uyğun olaraq, psixoloji xidmət təşkil olunacaq və "Psixoloji yardım haqqında" qanunun tələblərinə riayət edilməklə psixoloji yardım həyata keçiriləcək.

Sənəd layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Son xəbərlər

Bütün Xəbər Lenti