Pakistanla yeni saziş Milli Məclisdə müzakirəyə çıxarılacaq

Pakistanla yeni saziş Milli Məclisdə müzakirəyə çıxarılacaq Saziş 3 il müddətinə bağlanır
Milli Məclis
30 Mart , 2021 11:18
Pakistanla yeni saziş Milli Məclisdə müzakirəyə çıxarılacaq
0 : 00
0 : 00

“Azərbaycan Respublikası Hökuməti ilə Pakistan Respublikası Hökuməti arasında fövqəladə halların nəticələrinin qarşısının alınması, məhdudlaşdırılması və azaldılması sahəsində əməkdaşlıq haqqında” Sazişinin qüvvədə olma müddəti açıqlanıb.

“Report”un xəbərinə görə, saziş 3 il müddətinə bağlanır.

Sənəddə qeyd edilib ki, tərəflərin müqavilənin ləğv etmək niyyəti barədə ən azı 3 ay öncə diplomatik kanallar vasitəsilə yazılı bildiriş təqdim olunmadığı təqdirdə avtomatik şəkildə daha üç il uzadılır.

Qeyd edək ki, Sazişin təsdiq edilməsi barədə qanunun layihəsi Milli Məclisin aprelin 2-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Son xəbərlər

Orphus sistemi