Orqan transplantasiyası üzrə koordinatorun vəzifələri müəyyənləşib

Orqan transplantasiyası üzrə koordinatorun vəzifələri müəyyənləşib Azərbaycanda orqan donorluğu və transplantasiya üzrə Koordinasiya Mərkəzi yaradılır.
Milli Məclis
12 Mart , 2019 17:12
Orqan transplantasiyası üzrə koordinatorun vəzifələri müəyyənləşib

Azərbaycanda orqan donorluğu və transplantasiya üzrə Koordinasiya Mərkəzi yaradılır.

“Report” xəbər verir ki, bu, yeni hazırlanan “İnsan orqanlarının donorluğu və transplantasiyası haqqında” qanunda əksini tapıb.

Qanunun 10-cu (Orqan donorluğu və transplantasiya üzrə Koordinasiya Mərkəzi) maddəsinə əsasən, Koordinasiya Mərkəzi müvafiq icra hakimiyyəti orqanının tabeliyində yaradılmış xüsusi tipli tibb təşkilatıdır.

Koordinasiya Mərkəzi orqan transplantasiyası və donorluqla bağlı informasiya təminatını həyata keçirir, tibb müəssisələrində məlumatların qanunvericiliyə müvafiq qaydada toplanılmasını təmin edir, resipiyentlərin, donorların, donor orqanların uçotunu aparır, donor orqanların respiyentlərə verilməsi ardıcıllığını təmin edir, orqan donorluğu və transplantasiyası sahəsində fəaliyyəti koordinasiya edir.

Mərkəz transplantasiya məqsədilə insan orqanlarının ölümdən sonra donor orqanların alınması və orqan transplantasiyası əməliyyatlarının yerinə yetirilməsini nəzərdə tutan tibbi fəaliyyət həyata keçirə bilməz.

Qanunun 12-ci (Transplantasiya üzrə koordinator) maddəsinə əsasən, insan orqanlarının donorluğu və transplantasiya xidmətinin əlaqələndirilməsi və monitorinqinin aparılması məqsədilə donor orqanın götürülməsi və transplantasiyasını həyata keçirən tibb müəssisələrinin ştat cədvəlinə Transplantasiya üzrə koordinator vəzifəsi daxil edilir.

Koordinator:

1.Tibb müəssisəsinə müraciət edən respiyentin haqqında məlumatları vahid dövlət informasiya sisteminə ötürür və uyğun donor tapılması prosesini izləyir,

2.Meyit donorun orqanlarından transplantasiya məqsədilə istifadə edilməsi barədə sağlığında razılıq verməsi yaxud imtina etməsi etməsi barədə məlumatları vahid dövlət informasiya sistemindən öyrənir,

3.Canlı donordan məlumatlandırılmış razılıq alır və həmin məlumatları vahid dövlət informasiya sisteminə daxil edir,

4.Sağlığında donorluq barədə iradəsini ifadə etməmiş meyir donorun orqanlarının götürülməsi ilə bağlı onun yaxın qohumlarından razılıq alır və həmin məlumatları vahid dövlət informasiya sisteminə daxil edir,

5.Tibb müəssisəsində potensial donorun olması barədə məlumatları öz səlahiyyətləri daxilində vahid dövlət informasiya sisteminə daxil edilməsini təmin edir,

6.Tibbi, o cümlədən diaqnostik müdaxilələrin həyata keçirilməsi üçün zəruri olan tədbirlər də daxil olmaqla, insan orqanlarının donorluğu prosesinin həyata keçirilməsi ilə bağlı təşkilati xarakterli tədbirlərdə, eləcə də donor orqanlarının daşınmasının təşkili işində iştirak edir,

7.İnsan orqanlarının donorluğu ilə bağlı tibbi fəaliyyətdə iştirak edən tibb müəssisəsinin struktur bölmələrinin əməkdaşları ilə qarşılıqlı fəaliyyət göstərir,

8.Əmək müqaviləsi ilə nəzərdə tutulan digər funksiyaları yerinə yetirir.

Transplantasiya üzrə koordinator öz funksional vəzifələrini həyata keçirən zaman insanın ölümünü konstatasiyasında, donor orqanlarının götürülməsi və onların transplantasiyasında iştirak edən, eləcə də respiyentlərin maraqlarını təmsil edə bilməz.

Koordinator ali tibb təhsilli mütəxəssisdir, koordinator vəzifəsi ilə bağlı ixtisas tələbləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Son xəbərlər

Orphus sistemi