Mülki Prosessual Məcəlləyə dəyişiklik layihəsi I oxunuşda təsdiqlənib

Mülki Prosessual Məcəlləyə dəyişiklik layihəsi I oxunuşda təsdiqlənib Milli Məclis Mülki Prosessual Məcəlləyə borclunun əmlakı üzərinə həbs qoyulması barədə icra məmurunun təqdimatına məhkəmə tərəfindən baxılmasının prosessual əsaslarının müəyyən edilməsi ilə bağlı təklif edilən dəyişiklik layihəsini birinci oxunuşda qəbul
Milli Məclis
16 Fevral , 2024 11:47
Mülki Prosessual Məcəlləyə dəyişiklik layihəsi I oxunuşda təsdiqlənib

Milli Məclis Mülki Prosessual Məcəlləyə borclunun əmlakı üzərinə həbs qoyulması barədə icra məmurunun təqdimatına məhkəmə tərəfindən baxılmasının prosessual əsaslarının müəyyən edilməsi ilə bağlı təklif edilən dəyişiklik layihəsini birinci oxunuşda qəbul edib.

“Report”un xəbərinə görə, parlamentin bugünkü plenar iclasında dəyişiklik barədə məlumat verilib.

Qeyd olunub ki, “İcra haqqında” qanunun 50.2-ci maddəsinə müvafiq olaraq, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur.

Yuxarıda qeyd olunanlara və icra məmurunun təqdimatına məhkəmələr tərəfindən Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən baxıldığı nəzərə alınaraq, Məcəllənin 231-ci maddəsinin adına, 231.3-cü və 231.4-cü maddələrinə müvafiq olaraq “borclunun əmlakı üzərinə həbs qoyulması məsələləri” ifadəsinin əlavə edilməsi nəzərdə tutulur.

Həmçinin əlavə edilməsi nəzərdə tutulan 231.3-1-ci maddənin tələblərinə müvafiq olaraq, məhkəmə tərəfindən icra məmurunun təqdimatlarına və qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında ərizələrə baxılmasının konkret müddətlərinin müəyyən edilməsi nəzərdə tutulur. Belə ki, borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimata onun daxil olduğu vaxtdan 5 iş günü müddətində, icra üzrə icraatın dayandırılması, borclunuq ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara və qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında ərizələrə onun daxil olduğu gündən 10 iş günü ərzində baxılması təklif edilir.

Dəyişiklik layihəsi birinci oxunuşda müzakirədən sonra qəbul olunub.

Son xəbərlər

Orphus sistemi