Milli Məclisin sədri: "Fransa münaqişənin ilk günündən qərəzli mövqe tutub"

Milli Məclisin sədri: "Fransa münaqişənin ilk günündən qərəzli mövqe tutub" “Noyabrın 10-da imzalanmış birgə bəyanatla Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə son qoyulub”.
Milli Məclis
695
20 Noyabr , 2020 11:09
Milli Məclisin sədri: Fransa münaqişənin ilk günündən qərəzli mövqe tutub
Sahibə Qafarova
0 : 00
0 : 00

“Noyabrın 10-da imzalanmış birgə bəyanatla Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə son qoyulub”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.

O vurğulayıb ki, bu gün Azərbaycan Ordusu Ağdama daxil olub: “Bu münasibətlə hər kəsi təbrik edirəm. İmzalanmış birgə bəyanat bir çox ölkələr tərəfindən dəstəklənib. Lakin bu bəyanatdan narazı olan qüvvələr də var. Fransa münaqişənin ilk günündən qərəzli mövqe ortaya qoyub. Həmçinin Fransa Senatında Azərbaycan ərazisində qeyri-qanuni yaradılmış “qurumla” bağlı qətnamə irəli sürülüb. Sadalanan faktlar sübut edir ki, Fransa açıq şəkildə qərəzli mövqe ortaya qoyub. Hesab edirəm ki, bu addımlar Fransanın beynəlxalq hüquqla bağlı öhdəlikllərinə ziddiyyət təşkil edir. Vasitəçi mandatı beynəlxalq hüquqa söykənir. Milli Məclisin Fransa ilə işçi qrupun üzvləri də bu məsələyə diqqət yetirməlidirlər”.

Son xəbərlər

Orphus sistemi