Milli Məclisin növbəti iclaslarının vaxtı açıqlanıb

Milli Məclis
  • 18 noyabr, 2021
  • 06:51
Milli Məclisin növbəti iclaslarının vaxtı açıqlanıb

Milli Məclisin payız sessiyasının növbəti plenar iclaslarının vaxtı açıqlanıb.

"Report"un xəbərinə görə, parlamentin növbəti toplantıları noyabrın 23-ü və 24-də keçiriləcək.

İclasda gələn ilin dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri və digər qanunlara dəyişiklik layihələri ikinci oxunuşda müzakirəyə çıxarılacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti