"Sabah"ın baş məşqçisi: "Neftçi"nin çox da topla oynamasına imkan vermirdik"

Futbol
  • 08 dekabr, 2025
  • 23:03
Sabahın baş məşqçisi: Neftçinin çox da topla oynamasına imkan vermirdik

"Sabah" Misli Premyer Liqasının XVI turunda "Neftçi" komandasını topla oynamağa imkan verməyib.

"Report" xəbər verir ki, bunu "bayquşlar"ın baş məşqçisi Valdas Dambrauskas sözügedən oyundan sonra keçirilən mətbuat konfransında bildirib.

O, qalib gəldikləri matç barədə danışıb:

"Futbolçularımı təbrik edirəm. Bu gün onlar möhtəşəm çıxış etdilər. Baş məşqçi kimi hələ də inkişaf etdirmək istədiyim şeylər var. Bu gün heç bir futbolçumuz topdan qaçmadı. İstəyirəm ki, "Sabah" həmişə belə oynasın. Rəhbərliyimizi və azarkeşlərimizi təbrik edirəm. İlk dəqiqələrdən oyunda üstünlüyü ələ almağımız önəmli idi. "Neftçi"nin heyətində fərqli taktiki düzülüş gördüm. Bununla belə, "Neftçi"nin çox da topla oynamasına imkan vermirdik".

Qeyd edək ki, "Sabah" - "Neftçi" oyunu "bayquşlar"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Son xəbərlər

Bütün Xəbər Lenti