Milli Məclisin deputatları Latviya Seyminin üzvləri ilə görüşüblər

Milli Məclisin deputatları Latviya Seyminin üzvləri ilə görüşüblər Milli Məclisin Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamran Bayramov və qanunverici orqanın Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə Latvida səfərdə olublar.
Milli Məclis
17 May , 2023 12:31
Milli Məclisin deputatları Latviya Seyminin üzvləri ilə görüşüblər

Milli Məclisin Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamran Bayramov və qanunverici orqanın Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə Latvida səfərdə olublar.

"Report" xəbər verir ki, səfər çərçivəsində ilk olaraq Latviya Seyminin sədr müavini Yanis Qrasberqs, Latviya Seyminin katibi və Azərbaycan parlamenti ilə əməkdaşlığın təşviqi qrupunun rəhbəri Armands Krauze və qrupun digər üzvləri ilə görüş keçirilib.

Latviya Seyminin sədr müavini Yanis Qrasberqs ilə keçirilən görüşdə Azərbaycanla Latviya arasında parlamentlərarası əlaqələrin uğurla inkişaf etdiyinə diqqət çəkilərək, iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərlərinin, o cümlədən Latviya Prezidenti Eqils Levitsin cari ilin mart ayında Azərbaycana səfəri çərçivəsində dostluq qrupunun üzvləri ilə keçirilən görüşün, eyni zamanda ötən il Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyətinin Latviyaya səfərinin strateji tərəfdaşlıq münasibətlərimizə töhfə verdiyi qeyd olunub, iki ölkə arasında qarşılıqlı səfərlərin davam etdirilməsinin vacibliyi vurğulanıb. Görüşdə həmçinin, tərəflər parlamentlərarası əməkdaşlığın müxtəlif platforma və beynəxlalq təşkilatlar çərçivəsində davam etdirməyin əhəmiyyətini vurğulayıb.

Latviya Seyminin katibi və Seymdə Azərbaycan parlamenti ilə əməkdaşlığın təşviqi qrupunun sədri Armands Krauze və dostluq qrupunun digər üzvləri ilə keçirilən görüşdə Latviya Seymində yeni formalaşmış dostluq qrupunun yaradılmasından və qrupun üzvləri ilə yeni əlaqələrin qurulmasından məmnunluq ifadə olunub. Ötən illərdə hər iki ölkənin parlamentinin dostluq qruplarının üzvlərinin qarşılıqlı səfərlərinin əhəmiyyətinə toxunularaq bu səfərlərin parlamentlərarası əməkdaşlığın möhkəmlənməsinə əhəmiyyətli töhfə verdiyi vurğulanıb, qarşılıqlı təmasların bundan sonra da davam etdirilməsinin vacibliyi qeyd olunub.

Görüşdə Azərbaycan Parlamenti ilə əməkdaşlığın təşviqi qrupunun üzvlərinə Azərbaycanın xarici siyasətinin əsas istiqamətləri, o cümlədən Vətən Müharibəsindən sonra regionda yaranmış yeni reallıqlar, Azərbaycanın təşviq etdiyi sülh gündəliyi, erməni işğalından azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri haqqında ətraflı məlumat verilib.

Son xəbərlər

Orphus sistemi