Milli Məclisdə Şuşadakı aksiya barədə müzakirələr aparılıb: "Onların tələbləri haqlıdır" - YENİLƏNİB

Milli Məclisdə Şuşadakı aksiya barədə müzakirələr aparılıb: "Onların tələbləri haqlıdır" - YENİLƏNİB "Fərəhverici hal odur ki, digər təbəqələrlə yanaşı gənclərimiz də Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyasında aktiv şəkildə iştirak edirlər".
Milli Məclis
16 Dekabr , 2022 11:37
Milli Məclisdə Şuşadakı aksiya barədə müzakirələr aparılıb: Onların tələbləri haqlıdır - YENİLƏNİB

Milli Məclisin plenar iclasında parlament üzvləri Şuşa-Xankəndi yolunda keçirilən aksiya ilə bağlı fikirlərini bildiriblər.

“Report”un məlumatına görə, deputat Tural Gəncəliyev çıxışında bildirib ki, etiraz aksiyası, iştirakçıların haqlı tələbləri qanunlar çərçivəsində baş verir.

Onun sözlərinə görə, qanunvericilikdə qeyd olunub ki, Azərbaycan ərazisi vahid, bölünməz və toxunulmazdır:

“Qarabağda qanunsuz baş verən hadisələri araşdırmaq üçün etiraz aksiyası keçirilə bilər. Ona görə bu məsələ Azərbaycanın daxili işidir. Xarici ölkələrin, xüsusilə də erməni havadarlarının lazımsız səs-küy qaldırmasını rədd edirik. Laçın yolu son zamanlar qanunsuz silahların daşınması, qruplaşmaların istifadəsi baxımından vasitəyə çevrilib. Bütün bu sui-istifadə hallarına son qoyulmalıdır. Azərbaycan Ermənistan sərhədində bu kimi halların qarşısını almaq üçün müvafiq gömrük-sərhəd keçid postları qurulmalıdır”. 

“Müharibədə qazanılan qələbədən sonra bir çox vətəndaşlarımız mina partlayışında həlak olub. Bu işə son qoyulmalıdr. Fransa, Yunanıstan və  Ermənistana yaxın olar ölkələr haqsız yerə Azərbaycanı qınayırlar. Belə iddia ortaya atırlar ki, guya Qarabağda yaşayan erməniləri Azərbaycan qazsız qoyub. Əgər belə fikrimiz olsaydı bunu indi yox, məhz 10 noyabr aktını imzyalayan vaxt edərdik. Hələ ki, Qarabağın bütün qaz, enerji infrastrukturu ölkəmizin qaz şəbəkəsinə qoşulmayıb. Ona görə də burada erməni təxribat maşınının istehsal etdiyi fikriləri qəbul etmirik və qəti şəkildə qınayıırıq”, -o əlavə edib.

Deputat Sabir Rüstəmxanlı isə qeyd edib ki, iki ildir Rusiya sülhməramlılarının fəaliyyəti göz önündədir:

“Onlar bu müddət ərzində ermənilərlə bir yerdədir. Onların bu günə qədər bizimlə təması olmayıb deyə nə istədiyimizi də bilmirlər. İlk dəfədir ki, Azərbaycan ictimaiyyətinin nümayəndələri ilə üz-üzə gəlirlər. Artıq iştirakçıların tələbini bilirlər. Mahnımızı eşidirlər, sifətimizi və iradəmizi bilirlər. Etiraz aksiyası məhz xalqın iradəsinin təqdimatının göstəricisidir”.

Parlament üzvü Rəşad Mahmudov həmkarlarını aksiyaya qoşulmağa dəvət edib.

11:10

"Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası iştirakçılarının tələbləri haqlıdır.

Fərəhverici hal odur ki, digər təbəqələrlə yanaşı gənclərimiz də Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyasında aktiv şəkildə iştirak edirlər".

“Report” xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Siyavuş Novruzov parlamentin dekabrın 16-da keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Deputat qeyd edib ki, bununla da onlar ermənilərin vaxtilə yaratdığı mifin əksini göstərərək nəinki tarixi unudur, eləcə də bu gün köhnə nəsildən daha fəal şəkildə xalqını, dövlətini sevir.

“Bir neçə gündür ekoaktivistlər və QHT nümayəndələri Qarabağ bölgəsində etiraz aksiyası keçirirlər. Onlar haqlı olaraq erməni terrorçularının qanunsuz əməllərinə etiraz edir. Aksiya iştirakçıları Azərbaycan ərazilərində monitorinqlərin keçirilməsini haqlı olaraq tələb edir. Hamımız bunu dəstəkləyirik və sona qədər onların yanındayıq. Onlar Azərbaycan vətəndaşı kimi haqlı işin ucundan yapışıb gedirlər” – S.Novruzov əlavə edib.

Son xəbərlər

Orphus sistemi