Milli Məclis 28 may – Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi və Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib.
"Report"un xəbərinə görə, bununla bağlı parlamentin bu gün keçirilən iclasında Milli Məclisin sədri Sahibə Qafarova məlumat verib.
O təklif edib ki, bununla bağlı Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Milli Məclis adından təbrik məktubu göndərilsin.
Deputatlar sədrin bu təklifi alqışlarla qarşılayıblar.
Sədrin sözlərinə görə, bu gün Prezidentin həyata keçirdiyi daxili və xarici siyasət Azərbaycanı yeni qələbələrə aparır:
“Əminliklə demək olar ki, Azərbaycan dövləti qarşıdakı illərdə daha böyük nailliyyətlərə imza atacaq”.
Onun sözlərinə görə, Azərbaycan Xalq Cümhuriyyətinin ənənələri bu gün də xalqımız tərəfindən davam etdirilir:
"Heydər Əliyevin hakimiyyətə qayıtmasından sonra ölkəmizin sivil dünyanın bir hissəsinə çevrilməsi üçün təməllər atıldı. Bu gün Prezidentin həyata keçirdiyi daxili və xarici siyasət Azərbaycanı yeni qələbələrə aparır. Əminliklə demək olar ki, Azərbaycan dövləti qarşıdakı illərdə daha böyük nailliyyətlərə imza atacaq”.