Komitə sədri: Həlak olan minatəmizləyənlərə şəhid adının verilməsi təklifi müsbət qarşılanıb

Komitə sədri: Həlak olan minatəmizləyənlərə şəhid adının verilməsi təklifi müsbət qarşılanıb Həlak olan minatəmizləyənlərə şəhid adının verilməsi təklifi müsbət qarşılanıb.
Milli Məclis
31 Oktyabr , 2024 14:27
Komitə sədri: Həlak olan minatəmizləyənlərə şəhid adının verilməsi təklifi müsbət qarşılanıb

Həlak olan minatəmizləyənlərə şəhid adının verilməsi təklifi müsbət qarşılanıb.

"Report" xəbər verir ki, bununla bağlı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında “Minatəmizləmə fəaliyyəti haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı komitə sədri Arzu Nağıyev deyib.

A.Nağıyev qeyd edib ki, minatəmizləyənlərə şəhid statusunun verilməsi sözügedən qanunun predmeti deyil.

"Bununla əlaqədar digər aidiyyəti qanunlarda dəyişikliklər təklif edilə bilər" - deyə, komitə sədri vurğulayıb.

O həmçinin bildirib ki, minatəmizləyənlərə güzəşt və imtiyazların tətbiqi üçün də müvafiq qanunlara dəyişiklik vacibdir:

“Bu haqda da aidiyyəti qurumlarla danışıq aparılıb”.

Xatırladaq ki, adıçəkilən komitədə qanun layihəsinin birinci oxunuşu zamanı deputat Səbinə Salmanova minatəmizləyənlərə vəzifələrini icra edərkən həlak olduqları halda şəhid statusunun verilməsini təklif etmişdi.

Son xəbərlər

Orphus sistemi