Komitə sədri: “Azərbaycanda dövlət-din münasibətləri kifayət qədər həssas məsələdir”

Komitə sədri: “Azərbaycanda dövlət-din münasibətləri kifayət qədər həssas məsələdir” “Azərbaycanda dövlət-din münasibətləri kifayət qədər həssas məsələdir”.
Milli Məclis
30 Mart , 2023 15:38
Komitə sədri: “Azərbaycanda dövlət-din münasibətləri kifayət qədər həssas məsələdir”

“Azərbaycanda dövlət-din münasibətləri kifayət qədər həssas məsələdir”.

“Report” xəbər verir ki, bu fikirləri Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli “Azərbaycanda dövlət-din münasibətləri: real durum və perspektivlər” mövzusunda keçirilən iclasda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan 70 il kommunist rejimin hakim olduğu dövrdə yaşayıb: “Bu ideologiyanın ana xətti, “din xalq üçün tiryəkdir”, idi. Bu ideologiyanın təsiri altında yeni nəsil böyüdü, kommunist əxlaqı yarandı. SSRİ adlanan məkanda dinsiz bir dünya həyat sürməyə başladı. Onun özü də sonda məscidlərin, kilsələrin fəaliyyətinə rəvac verdi. Həmin dövrdə müsəlmanlara münasibət fərqli idi. İnsanları dinsiz etmək mümkün olmadı. Azərbaycan xalqı islam əxlaqı ilə yaşadığından ondan kənara çıxmır və bundan sonra da çıxa bilməz”.

F.İbrahimli bildirib ki, dünyada din qədər insana təsir edən ikinci bir cəbhə yoxdur: "Azərbaycan hazırda özünün ən şərəfli səhifəsini yaşayır".

Son xəbərlər

Orphus sistemi