Qərbi azərbaycanlılarla bağlı məlumatların elektronlaşdırılması istiqamətində işlər aparılır.
“Report” xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov parlamentdə keçirilən “Qərbi Azərbaycana təhlükəsiz və ləyaqətli qayıdış” mövzusunda dinləmədə deyib.
Onun sözlərinə görə, Ermənistandan deportasiyaya məruz qalmış azərbaycanlıların orada vaxtilə yaşadıqlarını təsdiq edən şəxsiyyət, mülkiyyət, əmək kitabçaları və s. sənədlərin arxiv fondlarından və şəxsi arxivlərdən toplanmasına başlanılıb:
“Sənədlərin ərazi prinsipi üzrə sistemləşdirilməsi, vahid arxiv fondunun yaradılması işinə başlanılıb və bununla bağlı komitədə müvafiq komissiya yaradılıb. Məlumatların elektronlaşdırılması, elektron domen vasitəsilə təqdim olunması istiqamətində işlər aparılır. Əminliklə bildirmək istərdik ki, Qərbi Azərbaycana qayıdışın gerçəkləşəcəyi gün uzaqda deyil”.