Milli Məclisin Elm və təhsil komitəsinin işlər planı müəyyənləşib

Milli Məclisin Elm və təhsil komitəsinin işlər planı müəyyənləşib Milli Məclisin Elm və təhsil komitəsinin payız sessiyası üçün işlər planına daxil edilən qanun layihələri məlum olub.
Milli Məclis
4 Sentyabr , 2021 12:51
Milli Məclisin Elm və təhsil komitəsinin işlər planı müəyyənləşib

Milli Məclisin Elm və təhsil komitəsinin payız sessiyası üçün işlər planına daxil edilən qanun layihələri məlum olub.

“Report”un xəbərinə görə, komitənin işlər planına iki yeni qanun layihəsi daxil edilib.

Bunlar “Ali təhsil haqqında ” və “Vətənpərvərlik tərbiyəsi haqqında” qanun layihələrinin hazırlanması və Milli Məclisin plenar iclasına tövsiyə edilməsidir.

Bundan əlavə, işlər planına komitəyə daxil olan sənədlərin, müraciətlərin müzakirəsi və ekspertizası, digər komitələrlə birgə MM-ə çıxarılacaq sənədlərin müzakirəsi və komitələrin iclaslarında iştirak, komitədə qəbul olunmuş qanunlar, qərarlar və s. barədə KİV-ə məlumat verilməsi, komitə üzvlərinin ölkə, beynəlxalq və digər tədbirlərdə iştirakı və komitənin gördüyü işlərə dair hesabatın və digər sənədlərin hazırlanması və komitədə müzakirəsinə dair məsələlərdir.

Son xəbərlər

Orphus sistemi