Dövlət idarə və təşkilatlarının avtomobillərinin utilizasiyasına görə verilən birdəfəlik ödəniş büdcəyə köçürüləcək

Dövlət idarə və təşkilatlarının avtomobillərinin utilizasiyasına görə verilən birdəfəlik ödəniş büdcəyə köçürüləcək Dövlət idarə, müəssisə və təşkilatlarına məxsus olan avtomobillərin utilizasiyasına görə verilən birdəfəlik ödəniş büdcəyə köçürüləcək.
Milli Məclis
1 İyun , 2023 11:07
Dövlət idarə və təşkilatlarının avtomobillərinin utilizasiyasına görə verilən birdəfəlik ödəniş büdcəyə köçürüləcək

Dövlət idarə, müəssisə və təşkilatlarına məxsus olan avtomobillərin utilizasiyasına görə verilən birdəfəlik ödəniş büdcəyə köçürüləcək.

"Report"un xəbərinə görə, bu, "İstehsalat və məişət tullantıları haqqında" qanuna yeni əlavə edilən 14-8-ci maddədə (Təsdiqedici sənədin, güzəştin və birdəfəlik ödənişin tətbiqinin xüsusiyyətləri) əksini tapıb.

Layihəyə əsasən utilizasiyaya verilən aşağıdakı nəqliyyat vasitələri üzrə birdəfəlik ödəniş məbləğləri dövlət büdcəsinə köçürülür:

- dövlət adından yaradılan publik hüquqi şəxslərə, dövlət idarə, müəssisə və təşkilatianna məxsus olan;

- Qanunun 14-7-ci maddəsinin birinci hissəsinin üçüncü abzasına uyğun olaraq aidiyyəti dövlət qeydiyyat orqanı tərəfindən utilizasiyaya verilən.

Operator müvafiq təsdiqedici sənəd ona təhvil verildiyi gündən 30 (otuz) iş günü müddətində birdəfəlik ödəniş məbləğinin nəqliyyat vasitələrinin utilizasiyası fondundan aidiyyəti üzrə təsdiqedici sənədi təqdim edən şəxsin hesabına və ya dövlət büdcəsinə köçürülməsini təmin edəcək və ödənişin həyata keçirilməsi barədə sənədi təsdiqedici sənədi təqdim edən şəxsə verəcək.

Son xəbərlər

Orphus sistemi