“
Bunu “Report”a açıqlamasında Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Xətai Rayon Təşkilatının sədri,
O qeyd edib ki, 1993-cü ilin iyun günlərini xatırlamaq belə təlaş və vahimə doğurur: “Həmin dövrün dəhşətli siyasi mənzərəsində nələr yox idi - Ermənistanın təcavüzü genişlənirdi, Azərbaycan strateji mövqelərini bir-bir əldən verirdi. Müharibə aparan ölkənin nizamlı ordusu yox idi. Siyasiləşdirilmiş ordu hissələrində intizamsızlıq, qarşıdurma əhval-ruhiyyəsi onun düşmənə qarşı döyüş qabiliyyətini heçə endirmişdi. Hakimiyyət kürsüsü uğrunda gedən çəkişmələr, qruplararası ziddiyyətlər, tayfa münasibətlərini kəskinləşdirən ədavət hissləri, xəyanət və satqınlıqlar dövlət idarəçiliyini heçə endirmişdi. Əbülfəz Elçibəy prezident olsa da, heç bir siyasi nüfuzu qalmamışdı, Gəncədə Surət Hüseynov özünü hakimi-mütləq hesab edirdi. Ölkədə anarxiya, xaos hökm sürürdü. AXC-Müsavat cütlüyünün tərəfdarları özlərini az qala qoçular kimi aparırdılar, küçənin ortasında sorğu-sualsız əhaliyə divan tuturdular, öz despot “ədalət meyarları” çərçivəsində haqq-hesab çürüdürdülər... Aparılan daxili siyasətin nəticələri ağır idi. Milli münasibətləri qəsdən kəskinləşdirirdilər. Azərbaycan faktiki olaraq parçalanmaq təhlükəsi ilə üz-üzə idi. Ölkə sözün həqiqi mənasında vətəndaş müharibəsinin astanasındaydı. Bu millətin əsgərləri torpağına göz dikən düşməndən daha çox, kürəyinə açıla biləcək “qardaş” gülləsindən ehtiyatlanırdı... Hakimiyyət ermənilərin işğalçı hücumlarının qarşısını almaq əvəzinə Gəncəyə hücum planı hazırlayırdı. 1993-cü ilin iyun günləri belə idi. Təlatüm və fırtınalar xalqın öz qəlbində yandırdığı ümid şamını söndürə bilmirdi. Böyük Azərbaycan Naxçıvandan xəbər gözləyirdi, xalq öz əzəmətli sərkərdəsini soraqlayırdı. Bəli, Heydər Əliyevi az-çox tanıyanlar əmin idilər ki, o, yeri gəlsə, canını qurban verər, ancaq Vətənini, torpağını, xalqını fəlakətdə qoymaz! Ən çətin və mürəkkəb məqamlarda belə xalqına sədaqətli olan, Vətəni Azərbaycanın və doğma xalqının taleyini öz taleyində yaşayan böyük vətəndaş nəhayət ki, qayıtdı, özünü xalqına yetirdi. Heydər Əliyev tarixin ona bəxş etdiyi xilaskarlıq missiyasını parlaq şəkildə gerçəkləşdirdi. Ulu Öndərin öz xalqı, dövləti üçün etdiklərini təkcə bugünkü deyil, gələcək nəsillər də dönə-dönə qiymətləndirəcək və rəhmət oxuyacaqlar".
H.Mirələmov qeyd edib ki, hazırda Heydər Əliyev siyasi məktəbinin ən layiqli davamçısı Prezident
YAP-ın Ağdaş Rayon Təşkilatının sədri, parlamentin üzvü Cavid Osmanov "Report"a açıqlamasında deyib ki, 15 iyun - Milli Qurtuluş Günü Azərbaycan dövlətinin dünya xəritəsindən silinməsinin qarşısının alınması günü kimi tarixə düşüb: “Həmin vaxt Azərbaycanın üzərini qara buludlar almışdı, ölkə tamamilə yer üzündən silinmə təhlükəsi ilə üzləşmişdi. AXC-Müsavat cütlüyünün səriştəsizliyi, cinayətkar qruplaşmanın ölkəyə rəhbərlik etməsi, bəzilərinin böyük dövlətlərin xüsusi xidmət orqanlarına çalışması dövlətçilik sütunlarını sarsıtmışdı. Onlar Azərbaycanı yer üzündən silməyə istiqamət götürmüşdülər. "Böyük Ermənistan" xülyası ilə yaşayan Ermənistan rəhbərliyi Azərbaycan torpaqlarını kəndlərini, rayonlarını işğal edirdilər.
Əlikram Hümbətov separatçı “Talış Muğan Respublikası”nın yaradılması istiqamətində addımlar atırdı. Onun cinayətkar dəstəsi özünü qondarma respublikanın rəhbəri kimi qələmə verirdi. Şimal Şərq zonasında “Böyük Ləzgistan Respublikası”nın yaradılmasına cəhdlər edilirdi. AXC-Müsavat cütlüyünün cinayətkar qruplaşması ölkəni tamamilə iflic duruma salmışdı, iqtisadiyyat məhv olmuşdu, dövlət büdcəsinin vəsaitləri mənimsənilirdi, insanlar sabaha ümidini itirmişdi. Hər bir kənddə, rayonda kriminal qruplar vardı. Surət Hüseynov da 709 saylı hərbi hissə ilə ölkənin rəhbərliyini ələ keçirməyə çalışırdı. Beləliklə, ölkədə vətəndaş müharibəsi başlayırdı. Belə olan halda, xalqın ümidi yalnız dahi şəxsiyyət Heydər Əliyev idi. Azərbaycan xalqının təkidli tələbi ilə ulu öndər Bakıya döndü. AXC-Müsavat rəhbərlərliyi Heydər Əliyevə yalvarırdılar ki, Bakıya gəlsin, ölkəni xilas etsin. Bildiyiniz kimi, Heydər Əliyev o zaman blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin sədri idi. O, təzyiqlərə baxmayaraq Naxçıvanın bir qarış torpağını belə, erməni cinayətkarlarına vermədi. Xatırlayırsınızsa, ulu öndər Heydər Əliyev 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının təsis konfrasını keçirərək, xilaskar missiyasını şərəflə yerinə yetirdi".
Deputat xatırladıb ki, Heydər Əliyev Bakıya döndükdən sonra ilk növbədə qardaş qarşıdurmasının qarşısını almağa çalışıb və buna nail olub: “Bu, çox riskli idi, hətta xəbərdarlıqlar da olmuşdu. O, Bakıya gələndə yüz minlərlə insan onu gül-çiçəklə, coşqu ilə qarşıladı. Daha sonra Heydər Əliyev Ali Sovetin sədri seçildi. Ölkə prezidenti heç bir xəbərdarlıq etmədən Naxçıvanın Ordubad şəhərinin Kələki kəndinə qaçdı. Ulu öndərin hakimiyyətə qayıdışı ilə əmin-amanlıq, sabitlik yarandı. Atəşkəs elan olundu, Ələkrəm Hümbətov ölkəni tərk etdi, cinayətkar qruplar aşkar edilərək həbs edildi. Ən əsas məsələlərdən biri də “Əsrin müqaviləsi”nin imzalanması idi. Bundan sonra iqtisadiyyatın inkişafı başladı, ölkənin irəliyə aparılması istiqamətində bir sıra işlər görüldü. Azərbaycan xalqı hər zaman 15 İyunu Milli Qurtuluş Günü kimi qeyd edəcək. 2003-cü ildən ölkəyə rəhbərlik edən, Heydər Əliyev siyasi kursunun davamçısı İlham Əliyev Azərbaycanı dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə çatdırıb. Prezident İlham Əliyevin həm daxili, həm də xarici siyasəti ölkəyə uğur qazandırıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəni inkişafa aparan Heydər Əliyev siyasəti bundan sonra da davam etdiriləcək”.