Deputat: "Azərbaycanın İranla sərhəd bölgələrində radiotezliklər gücləndirilməlidir"

Deputat: "Azərbaycanın İranla sərhəd bölgələrində radiotezliklər gücləndirilməlidir" "Azərbaycanın İranla sərhəd bölgələrində radiotezliklər gücləndirilməlidir".
Milli Məclis
9 Dekabr , 2022 13:25
Deputat: Azərbaycanın İranla sərhəd bölgələrində radiotezliklər gücləndirilməlidir
Hikmət Babaoğlu

"Azərbaycanın İranla sərhəd bölgələrində radiotezliklər gücləndirilməlidir".

“Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, son dövrlər İran Azərbaycana qarşı aqressiv siyasət yürüdür və regionda sülhün yaranmasına mane olur: "Hazırda milli identikliyi yaratmaq üçün informasiya mühiti yoxdur. Bizim dediklərimiz də Azərbaycanın informasiya məkanında qalır. Ancaq İranda səsləndirilən fikirlər bizim informasiya məkanımıza daxil olur və ictimai rəy formalaşdırır. Ona görə də İranla sərhədimizdə radiotezliklər gücləndirilməlidir. Bu yolla Güney Azərbaycanda yaşayan soydaşlarımız səsimizi eşidə, Azərbaycan Respublikasında onları dəstəkləyən ictimai mühiti, ziyalıların, rəsmilərin mövqeyini öyrənə bilər".

Deputat bildirib ki, son dövrlərdə İranda internet məhdudlaşdırılıb, informasiya almaq imkanları məhdudlaşdırılıb: "Ona görə də sərhəd bölgələrində radiotezlikləri gücləndirməklə milli maraqlarımıza uyğun işlər görə bilərik".

Son xəbərlər

Orphus sistemi