Deputat: "Azərbaycan pandemiya ilə mübarizədə ən fəal iştirak edən ölkələrdən biridir"

Deputat: "Azərbaycan pandemiya ilə mübarizədə ən fəal iştirak edən ölkələrdən biridir" “Azərbaycan COVİD-19 pandemiyası ilə bağlı mübarizə tədbirlərini ən uğurlu şəkildə təşkil edən ölkələrdən biri olub. Bu gün koronavirusla mübarizə sahəsində əldə olunmuş nəticələr bu sahədəki fəaliyyətin düşünülmüş, riskləri nəzərə alan strategiya əsasınd
Milli Məclis
2 İyun , 2021 19:09
Deputat: Azərbaycan pandemiya ilə mübarizədə ən fəal iştirak edən ölkələrdən biridir

“Azərbaycan COVID-19 pandemiyası ilə bağlı mübarizə tədbirlərini ən uğurlu şəkildə təşkil edən ölkələrdən biridir. Bu gün koronavirusla mübarizə sahəsində əldə olunmuş nəticələr bu sahədəki fəaliyyətin düşünülmüş, riskləri nəzərə alan strategiya əsasında qurulduğunu söyləməyə əsas verir”.

Bunu "Report"a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü Soltan Məmmədov deyib.

Deputat bildirib ki, dövlət tərəfindən həyata keçirilən tədbirlər bir tərəfdən pandemiyanın təsiri nəticəsində iqtisadiyyatın daha çox zərər görməsinə imkan verməmək, digər tərəfdən əhalinin sağlamlığını qorumaq, xəstəliyin cəmiyyətin ümumi psixologiyasına zərbə vurmasının qarşısını almaq məqsədlərinə xidmət edib: “Pandemiyanın ilk günündən etibarən Azərbaycanın virusun yayılmasının qarşısının alınması ilə bağlı qəbul etdiyi qərarların başlıca hədəfi insanların sağlamlığını qorumaqdan ibarət oldu. Dövlət iqtisadiyyatın bir çox sahələrində itkilərin qarşısının alınması, insanların sosial müdafiəsinin təmin olunması üçün 2 milyard ABŞ dolları həcmində sosial-iqtisadi təşviq paketi təqdim etdi. Eyni zamanda səhiyyə sahəsində təxirəsalınmaz tədbirlər həyata keçirildi. Modul tipli xəstəxanaların qısa müddətdə fəaliyyətə başlaması, yeni laboratoriyaların qurulması, karantin rejiminin tətbiqi, tibbi qoruyucu vasitələrin və dezinfeksiya məhsullarının istehsalı sahəsində atılan addımlar xəstəliyin daha geniş miqyasda yayılmasının qarşısını almağa xidmət edirdi".

Soltan Məmmədov
Soltan Məmmədov

S.Məmmədov qeyd edib ki, Azərbaycan pandemiya ilə qlobal mübarizə tədbirlərində də ən fəal şəkildə iştirak edən ölkələrdən biri olub: "Qoşulmama Hərəkatının 2020-ci ilin may ayında təşkil edilmiş Zirvə toplantısı, elə həmin ilin sonunda 150-dən artıq dövlətin dəstəyi ilə keçirilmiş BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası Azərbaycanın COVID-19-la qlobal mübarizəyə verdiyi önəmli töhfələr kimi qiymətləndirilməlidir: “Azərbaycan Prezidenti İlham Əliyevin Ümumdünya Səhiyyə Assambleyasının 74-cü sessiyasında videoformatda çıxışında da vurğuladığı kimi, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü ianə verib, 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərib”.

Deputat vurğulayıb ki, Azərbaycanın COVID-19 pandemiyası ilə mübarizə sahəsində əldə etdiyi əsas nailiyyətlərdən biri ölkəyə peyvəndlərin gətirilməsini və tətbiqini təmin edən strategiyanın hazırlanması və uğurla həyata keçirilməsidir: “Bildiyiniz kimi, bu strategiya könüllülük, təhlükəsizlik, şəffaflıq, mərhələlilik, ədalətlilik, məsuliyyət, əməkdaşlıq prinsiplərinə əsaslanır. Strategiyanın hazırlanmasında əsas məqsəd bütün ölkə əhalisi üçün peyvəndlərin əlçatanlığını təmin etməkdən ibarət idi. Azərbaycan indi azsaylı ölkələrdən biridir ki, insanların peyvənddən istifadə ilə bağlı seçim imkanı var. Bir çox ölkələrdə nəinki belə seçim imkanı yoxdur, hətta peyvəndin əldə olunması ilə bağlı çətinliklər müşahidə olunur. Yeri gəlmişkən, məhz bizim ölkəmizin təşəbbüsü ilə Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şurasında bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi ilə bağlı qəbul olunub”.

S.Məmmədov peyvənd strategiyasının uğurla həyata keçirilməsi nəticəsində ölkədə kollektiv immunitetin formalaşacağına, insanların normal həyata qayıtması üçün zəruri şərtlərin təmin olunacağına cəmiyyətdə inamın artdığını da qeyd edib.

Son xəbərlər

Orphus sistemi