Yuxarı

Birinci vitse-spiker teatrda və filmlərdə siqaret çəkilməsinə icazə verilməsi ilə bağlı təklifə münasibət bildirib

© Report/ Elchin Murad — Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov

Bakı. 2 noyabr. REPORT.AZ/ Milli Məclisinin bu gün keçirilən plenar iclasında parlament sədrinin birinci müavini Ziyafət Əsgərov teatr tamaşalarında və filmlərdə siqaretin məhdudlaşdırılmasının aradan qaldırılması ilə bağlı təklifə münasibət bildirib.

“Report”un xəbərinə görə, Z.Əsgərov deyib ki, Hollivud filmlərinin 95 faizindən siqaret yığışdırılıb.

Onun sözlərinə görə, Rusiyanın Dövlət Dumasında isə qərar qəbul ediblər ki, həm oynanılan teatr tamaşalarında, həm də çəkilən kinofimlərdə siqaret çəkmək yığışdırılsın, mövcud fimlərdə də üzərinə “kölgə” salınsın.

Z.Əsgərov parlamentin Mədəniyyət komitəsinin sədri Rəfail Hüseynovun da iradına cavab verib: “Deyirsiniz ki, teatr tamaşasında və flimlərdə siqaret çəkməmək Azərbaycan Konstitusiyasında yaradıcılıq azadlığına ziddir. Buna çox təəccübləndim. Adi bir vətəndaş desəydi, başadüşülən olardı, amma bunu parlamentin komitə sədri deyir. Başa düşmürəm, siqaretin teatr və kino yaradıcılığına nə aidiyyatı var?! Onda siz tələbələrinizə deyin, “Azərbaycan ədəbi mühitində siqaretin Konstitusiya hüququnda rolu” mövzusunda namizədlik dissertasiyası müdafiə etsinlər, baxaq görək, doğrudan da nəisə var...”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi