Yuxarı

Ziyafət Əsgərov

 - 

Milli Məclis Sədrinin birinci müavini



1995

1995-ci ildən Azərbaycan Milli Məclisinin deputatıdır. Milli Məclis sədrinin birinci müavini və Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədri vəzifəsində çalışır. NATO-nun Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəridir.

1990

1990-cı ildən Bakı Dövlət Universitetində Konstitusiya hüququ kafedrasının müəllimi, baş müəllimi, dosenti, kafedra müdirinin müavini, hüquq fakültəsi dekanının müavini vəzifələrində çalışıb. Hazırda Konstitusiya hüququ kafedrasının professorudur.

1963

1963-cü il oktyabrın 24-də Naxçıvan Muxtar Respublikası Babək rayonunun Aşağı Uzunoba kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib.