Birinci Qarabağ müharibəsi şəhidlərinin ailə üzvlərinin kredit borclarının silinməsi təklif edilib

Birinci Qarabağ müharibəsi şəhidlərinin ailə üzvlərinin kredit borclarının silinməsi təklif edilib “Bəzi hallarda cəmiyyətdə Birinci Qarabağ müharibəsində şəhid olanların ailə üzvləri ilə müqayisədə İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələrinə daha çox diqqətin göstərilməsi ilə bağlı fikirlər yayılır. Hesab edirəm ki, bu iddiaların heç bir əsası y
Milli Məclis
1471
11 Noyabr , 2021 15:22
Birinci Qarabağ müharibəsi şəhidlərinin ailə üzvlərinin kredit borclarının silinməsi təklif edilib

“Bəzi hallarda cəmiyyətdə Birinci Qarabağ müharibəsində şəhid olanların ailə üzvləri ilə müqayisədə İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələrinə daha çox diqqətin göstərilməsi ilə bağlı fikirlər yayılır. Hesab edirəm ki, bu iddiaların heç bir əsası yoxdur. Şəhid ailələri arasında fərq qoyulmur”.

“Report”un xəbərinə görə, bunu parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev noyabrın 11-də Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.

O bildirib ki, İkinci Qarabağ müharibəsi şəhidlərinin kredit borcları ödənilib: “Təklif edirəm ki, Birinci Qarabağ müharibəsi şəhidlərinin ailə üzvlərinin də kredit borclarının silinməsi və ya onlara hər hansı bir güzəştlərin edilməsi ilə bağlı məsələyə baxaq”.

Son xəbərlər

Orphus sistemi