Bir sıra qurumların mühasibat uçotunu elektron formada aparmasına dair qanuna dəyişikliklər təsdiqlənib

Bir sıra qurumların mühasibat uçotunu elektron formada aparmasına dair qanuna dəyişikliklər təsdiqlənib Azərbaycanda bir sıra qurumların mühasibat uçotunu elektron formada aparmasına dair qanuna dəyişikliklər qəbul edilib..
Milli Məclis
22 Dekabr , 2023 11:42
Bir sıra qurumların mühasibat uçotunu elektron formada aparmasına dair qanuna dəyişikliklər təsdiqlənib

Azərbaycanda bir sıra qurumların mühasibat uçotunu elektron formada aparmasına dair qanuna dəyişikliklər qəbul edilib.

"Report"un xəbərinə görə, bununla bağlı “Mühasibat uçotu haqqında” qanuna dəyişiklik layihəsi parlamentin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Qanuna əsasən, həmin qurumlar aşağıdakılardır:

- iri sahibkarlıq subyektləri və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi mərhələlərə uyğun olaraq orta sahibkarlıq subyektləri;

- qanunla təsdiq edilmiş hasilatın pay bölgüsü, əsas ixrac boru kəməri haqqında və digər belə sazişlər və ya qanunlar, o cümlədən neft və qaz haqqında, ixrac məqsədli neft-qaz fəaliyyəti haqqında qanunlar çərçivəsində fəaliyyət göstərən vergi ödəyiciləri;

- illik maliyyə hesabatlarını və yaxud birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını bu Qanuna uyğun olaraq dərc etməli olan publik hüquqi şəxslər. Azərbaycan Mərkəzi Bankı istisnadır.

Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Son xəbərlər

Orphus sistemi