Azərbaycanın xaricdəki səfirlik və diplomatik korpuslarının təhlükəsizliyinə ayrılan vəsaitin artırılması təklif olunur.
“Report”un məlumatına görə, bu təklifi Milli Məclisin deputatı Elşən Musayev parlamentin iyunun 6-da keçirilən növbədənkənar sessiyasının ilk plenar iclasında çıxış zamanı səsləndirib.
Onun sözlərinə görə, Azərbaycanın xaricdəki səfirlik və diplomatik korpuslarının təhlükəsizliyinin gücləndirilməsi vacib amillərdəndir: "Xatırladım ki, bir müddət əvvəl Azərbaycanın İrandakı Səfirliyinə terror hücumu olmuşdu. Ona görə də diplomatik korpusların təhlükəsizliyinin təmin edilməsi üçün bütün mümkün resursları cəlb etmək lazımdır. Bu kimi tədbirləri Ermənistanla sülh müqaviləsi ərəfəsində etməliyik. Çünki Azərbaycanın uğurlarını həzm edə bilməyən, bizə səbəbsiz düşmən kəsilən, dövlətimizin gücünü gözü götürməyən qüvvələrin terrorundan hələ də sığortalanmamışıq”.