Azərbaycanda utilizatorların reyestri aparılacaq

Azərbaycanda utilizatorların reyestri aparılacaq Azərbaycanda utilizatorların reyestri aparılacaq.
Milli Məclis
1 İyun , 2023 11:12
Azərbaycanda utilizatorların reyestri aparılacaq

Azərbaycanda utilizatorların reyestri aparılacaq.

"Report"un xəbərinə görə, bu, "İstehsalat və məişət tullantıları haqqında" qanuna yeni əlavə edilən 14-4-cü maddədə (Reyestrdə qeydiyyata alınmaq üçün tələblər) əksini tapıb.

Yeni maddəyə əsasən reyestrdə qeydiyyata alınmaq üçün ərizəçidən (hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs və ya hüquqi şəxs) aşağıdakılar tələb olunacaq:

- vergi, məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqı üzrə borcu olmamaq;

- nəqliyyat vasitələrinin qəbulunu, saxlanılmasını və utilizasiyasını həyata keçirmək üçün mülkiyyətində, yaxud sahibliyində və ya istifadəsində müvafıq ərazilərə malik olmaq;

- nəqliyyat vasitələrinin, о cümlədən utilizasiya nəticəsində əldə edilən materialların və hissələrin saxlanılması üçün onların zədələnməməsini təmin edən, üzəri dağılmayan və texniki mayeləri sızdırmayan material ilə örtülən (asfalt, beton, gil-beton, polimer beton) sahələrə malik olmaq;

- təhlükəli tullantıların saxlanılması üçün normativ hüquqi aktiarla nəzərdə tutulan tələblərə cavab verən sahələrə malik olmaq;

- nəqliyyat vasitələrinin, onların hissələrinin (partlayıcı qabiliyyətli, о cümlədən təhlükəli tullantılara xas olan digər xüsusiyyətlərə malik hissələrin) təhlükəsiz qaydada sökülməsi üçün maddi-texniki bazaya malik olmaq;

- nəqliyyat vasitələrinin təkrar istifadəyə yararlı hissələrinin yoxlanılması üçün maddi-texniki bazaya malik olmaq.

Son xəbərlər

Orphus sistemi