Azərbaycanda ölüləri qəbiristanlıqdan kənarda basdıran şəxslər cəzalandırılacaqlar

Azərbaycanda ölüləri qəbiristanlıqdan kənarda basdıran şəxslər cəzalandırılacaqlar Bakı. 26 sentyabr. REPORT.AZ/ Azərbaycanda dəfnə icazə verilməyən ərazilərdə dəfnlərin həyata keçirilməsinə görə cəza nəzərdə tutulub.
Milli Məclis
26 Sentyabr , 2018 12:23
Azərbaycanda ölüləri qəbiristanlıqdan kənarda basdıran şəxslər cəzalandırılacaqlar
0 : 00
0 : 00

Bakı. 26 sentyabr. REPORT.AZ/ Azərbaycanda dəfnə icazə verilməyən ərazilərdə dəfnlərin həyata keçirilməsinə görə cəza nəzərdə tutulub.

“Report” xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif edilir.

Məcəlləyə yeni 516-1 (Qəbiristanlıqların idarə olunması qaydaları haqqında qanunvericiliyin pozulması) maddəsi əlavə olunur.

Maddəyə əsasən, dəfn barədə məlumatın dəfnlərin vahid reyestrində yerləşdirilməməsinə və ya vaxtında yerləşdirilməməsinə görə vəzifəli şəxslər 100 manatdan 300 manatadək məbləğdə cərimə edilirlər.

Qəbir yerlərinin rezervasiyası tələblərinin pozulması, dəfnə icazə verilməyən ərazilərdə dəfnlərin həyata keçirilməsinə görə 500 manatdan 1000 manatadək məbləğdə cərimə tətbiq edilir.

Son xəbərlər

Orphus sistemi