Azərbaycanda nikah müqaviləsinin məcburiləşdirilməsi təklif edilir

Azərbaycanda nikah müqaviləsinin məcburiləşdirilməsi təklif edilir Bakı. 25 yanvar. REPORT.AZ/ Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Sədaqət Vəliyeva Ailə Məcəlləsinə dəyişiklik edilməsini və nikah müqaviləsinin məcburiləşdirilməsini təklif edib.
Milli Məclis
25 Yanvar , 2018 11:23
Azərbaycanda nikah müqaviləsinin məcburiləşdirilməsi təklif edilir

Bakı. 25 yanvar. REPORT.AZ/ Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Sədaqət Vəliyeva Ailə Məcəlləsinə dəyişiklik edilməsini və nikah müqaviləsinin məcburiləşdirilməsini təklif edib.

“Report”un xəbərinə görə, komitənin bu gün keçirilən iclasında S.Vəliyeva deyib ki, bu müqavilə məcburi olarsa, boşanmaların sayı azalar: “Azərbaycanda boşanmaların sayı çoxalıb. Bunun səbəbi məsuliyyətin olmamasıdır. Nikah müqaviləsi məcburiləşdirilməlidir. Burada könüllük olmamalıdır. Bu müqavilə olmadıqda boşanmaların sayı getdikcə artır. Belə olan halda da uşaqları anaları saxlayır. Bəzən də uşağı tərəflərin heç biri saxlamır”.

Son xəbərlər

Orphus sistemi