Azərbaycanda dövlət reyestrinə daxil edilməyən dərmanların satışına qadağa qoyulur.
"Report"un xəbərinə görə, bununla bağlı "Dərman vasitələri haqqında" qanuna dəyişiklik edilir.
Yeni bəndə əsasən, qanunun 6.5.8-ci maddəsində nəzərdə tutulan dərman vasitələri istisna olmaqla, dövlət reyestrinə daxil edilməyən dərman vasitələrinin ölkə ərazisində topdan və pərakəndə satışı qadağan olunur.