Həzi Aslanov: "Axtarışda olan 14 nəfərdən 11-nin xarici dövlətlərdə olmağı müəyyən edilib"

Həzi Aslanov: "Axtarışda olan 14 nəfərdən 11-nin xarici dövlətlərdə olmağı müəyyən edilib" “Keçən il axtarışda olan 23 təqsirləndirilən şəxsdən 9-u tutulub, 14 nəfərin axtarışı davam etdirilir. Axtarışda olan 14 nəfərdən artıq 11-nin digər xarici dövlətlərdə olmağı müəyyən edilib”. “Report” xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin İnsan
Milli Məclis
8 May , 2023 10:31
Həzi Aslanov: Axtarışda olan 14 nəfərdən 11-nin xarici dövlətlərdə olmağı müəyyən edilib

“Keçən il insan alveri ilə bağlı axtarışda olan 23 təqsirləndirilən şəxsdən 9-u tutulub, 14 nəfərin axtarışı davam etdirilir. Axtarışda olan 14 nəfərdən artıq 11-nin digər xarici dövlətlərdə olmağı müəyyən edilib”.

“Report” xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi Həzi Aslanov deyib.

DİN rəsmisinin sözlərinə görə, həmin şəxslərin Azərbaycana ekstradisiya edilməsi məsələsi ilə bağlı aidiyyəti qurumlara sənədlər təqdim edilib.

O xatırladıb ki, keçən il məhkəmələr tərəfindən ittiham hökmü çıxarılmış 12 nəfərdən 9-u 7 ildən 10 ilədək, bir nəfər 3 il müddətinə azadlıqdan məhrumetmə və bir nəfər azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub, daha bir şəxsin cəzası – himayəsində olan uşağı 14 yaşa çatanadək təxirə salınıb.

Son xəbərlər

Orphus sistemi