Bakı. 27 oktyabr. REPORT.AZ/ Bu gün “Report” İnformasiya Agentliyinin (İA) fəaliyyətə başlamasından 4 il ötür.
Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən “Report” İA ötən dörd il ərzində siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələr üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri operativ şəkildə işıqlandıraraq, özünə geniş oxucu auditoriyası toplayıb.
“Report”un Türkiyə, Rusiya, Gürcüstan, Qərbi və Şərqi Avropa üzrə müxbir postları, habelə Azərbaycan üzrə Qarabağ, Cənub, Aran, Şirvan, Qərb, Şimal, Şimal-Qərb büroları fəaliyyət göstərir.
“Report” İA-nın əsas veb-resursu olan
“Report” İnformasiya Agentliyi gündəlik bülletenlər vasitəsilə də məlumatların abunəçilərə təqdim edilməsini həyata keçirir. Agentliyin dərc etdiyi məlumatlara abunə olan qurumlar və şəxslər
“Report” İnformasiya Agentliyi ad günü münasibətilə bütün oxucularını, o cümlədən “Report”la əməkdaşlıq edən bütün dövlət qurumlarını, deputatları, QHT-ləri, vəkilləri, səfirlikləri, ekspertləri təbrik edir, onlara uğurlar arzulayır!