İTV videoçəkiliş kameralarının satınalınması üçün tender elan edib

Media
  • 05 oktyabr, 2018
  • 06:12
İTV videoçəkiliş kameralarının satınalınması üçün tender elan edib
Report

Bakı. 5 oktyabr. REPORT.AZ/ İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) açıq tender elan edib.

“Report” xəbər verir ki, tenderdə səyyar videoçəkiliş kameraları, ingest, MAM şəbəkə avadanlığı satın alınacaq.

Bildirilib ki, iştirakçılar öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etməlidirlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderlə bağlı sənədlərin qəbulu oktyabrın 25-də başa çatacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti