Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin Audiovizual Media üzrə Tənzimləyici Orqanlarının 1-ci Toplantısının iştirakçılarının Şuşa şəhərinə səfəri davam edir.
“Report”un əməkdaşı xəbər verir ki, nümayəndə heyəti Şuşa şəhərində erməni vandalizminin izləri və şəhərin işğaldan azad edilməsilə Azərbaycanın həyata keçirdiyi quruculuq işləri ilə tanış olmaq üçün şəhərdə gəzintiyə başlayıblar.
Onlar Şuşa qalası, Bülbülün ev muzeyi, Cıdır düzü, Güllənmiş heykəllər kimi Şuşaya məxsus bir sıra tarixi abidələri ziyarət ediblər.
Qeyd edək ki, Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin Audiovizual Media üzrə Tənzimləyici Orqanlarının 1-ci Toplantısının iştirakçıları bu gün Şuşa şəhərinə səfərə gəliblər.