“Türk dövlətlərinin audiovizual media sahəsində əməkdaşlığının önəmi getdikcə artmaqdadır”.
“Report”un xəbərinə görə, bunu TDT-nin Baş katibinin müavini Ömər Kocaman Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin Audiovizual media üzrə tənzimləyici orqanlarının I toplantısında deyib.
Ö.Kocaman bildirib ki, bu günün əsas çağırışlarından biri də dezinformasiyaya qarşı mübarizə aparmaqdır: “Dezinformasiyaya qarşı mübarizə edərkən günümüzün gerçəklərinə uyğun hərəkət etməliyik. Biz insanlarımıza düzgün xidmət göstərməliyik. Bu mübarizədə ölkələrimiz arasında əməkdaşlıq olduqca əhəmiyyətlidir. Nəzərə almalıyıq ki, audivizual medianın əhəmiyyəti getdikcə artmaqdadır. Bu gün audiviziual sahədə əməkdaşlığımız digər sahələrdə olan münasibətlərimizi də yaxınlaşdıracaq”.