“Report” İnformasiya Agentliyində fəaliyyət göstərən Report Media Məktəbinin sayca 18-ci qrupunun təlim proqramı yekunlaşıb.
“Report” xəbər verir ki, agentlikdə jurnalistika peşəsinin sirlərini öyrənən, xəbər, müsahibə, reportaj, araşdırma yazıları, videosüjet, fotoreportaj hazırlayan, monitorinq və sorğulara qoşulan 7 jurnalistə sertifikat təqdim edilib.
“Report” İnformasiya Agentliyinin Direktoru Fuad Hüseynəliyev tələbələrin xüsusi həvəslə çalışdıqlarını qeyd edib:
“Bu qrupun üzvləri nəinki xəbər yazmaq, həm də hansısa hadisələr barədə icmal hazırlamaq bacarığını ortaya qoyublar. Tələbələrin bir hissəsi yüksək xarici dil biliyi ilə seçilib. Sizi “Report”un komandasında və ya digər maraqlı layihələrdə görəcəyimizə ümid edirəm. Üç məzun fərqlənmə sertifikatına layiq görülüb”.
Report Media Məktəbinin rəhbəri, təlimçi İsmayıl Rafiqoğlu qrupda görülən müsbət işlərdən danışıb:
“Qrup üzvləri operativ xəbər hazırlamaq vərdişini tam mənimsəyiblər. Verilən tapşırıqlar anındaca yerinə yetirilib. Tələbələrin ümumi intellektual səviyyəsi də yüksək olub”.
İ.Rafiqoğlu təlim prosesində çox sayda görüşün baş tutduğunu deyib:
“Report”un bir sıra aparıcı jurnalistlərinin tələbələrlə görüşləri baş tutub. Baş redaktor Murad Əliyev, baş redaktorun müavini Emil Quliyev, baş redaktorun müavini Cavid Osmanov daxil olmaqla maraqlı təlimlər keçirilib.
Siyasi icmalçı, Azərbaycanın Rus İcması sədrinin birinci müavini, telejurnalist Anastasiya Lavrina, Caliber.az saytının baş redaktor müavini, jurnalist Bəhram Batıyev, Oxu.az saytının baş redaktor müavini Fərid Novruzov, Media.az informasiya portalının direktoru-baş redaktoru Cəmilə Ələkbərova, "Baku TV RU/ Baku TV International" redaksiyalarının baş redaktoru, piar-texnoloq, jurnalist, bloqçu, yazıçı Natella Osmanlı, "1news.az" saytının baş redaktoru Kəmalə Məmmədova, mədəniyyət yazarı, "Zerkalo" qəzetinin əməkdaşı, jurnalist İradə Əsədova kimi tanınmış media simaları ilə görüşlər reallaşıb”.
Təlimçi daha bir yeniliyin də tətbiq edilidiyini bildirib:
“Milli Məclisin fəaliyyətini tələbələrə daha yaxşı tanıtdırmaq üçün deputat, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə ilə də görüş keçirilib. Bu praktikanı davam etdirmək niyyətindəyik”.
Report Media Məktəbinin rəhbəri daha bir neçə vacib tədbirin keçirildiyini vurğulayıb:
“Qrupun üzvləri ilə COP29-un Yaşıl Zonasında olduq. Təlim boyu “Tağıyev: Neft” filmini, Akademik Milli Dram Teatrında “Bölgə teatrlarının Bakı premyeraları” layihəsi çərçivəsində Şəki Dövlət Dram Teatrının təqdim etdiyi "21:15 qatarı" tamaşasını izlədik. Bundan əlavə jurnalist Aleksandr Samoxvalovun “2024-cü ildə xəbər Telegram kanalının ideal iş sxemi” adlı təlimində iştirak etmişik. Tələbələr hər bir tədbirdən maraqlı materiallar hazırlayıblar”.
Qeyd edək ki, Report Media Məktəbi 2018-ci il iyunun 13-dən