Özbəkistan səfiri: “MEDİA Azərbaycanda KİV-in inkişafına hərtərəfli dəstək göstərir”

Özbəkistan səfiri: “MEDİA Azərbaycanda KİV-in inkişafına hərtərəfli dəstək göstərir” Özbəkistan Azərbaycanda medianın inkişafı sahəsində aparılan islahatları, o cümlədən “Media haqqında” qanunun qəbulunu və ölkədə medianın inkişafı, KİV-lərə dəstəyin göstərilməsi üçün nəzərdə tutulmuş Medianın İnkişafı Agentliyinin (MEDİA) yaradılmasını a
Media
23 İyun , 2023 15:10
Özbəkistan səfiri: “MEDİA Azərbaycanda KİV-in inkişafına hərtərəfli dəstək göstərir”

Özbəkistan Azərbaycanda medianın inkişafı sahəsində aparılan islahatları, o cümlədən “Media haqqında” qanunun qəbulunu və ölkədə medianın inkişafı, KİV-lərə dəstəyin göstərilməsi üçün nəzərdə tutulmuş Medianın İnkişafı Agentliyinin (MEDİA) yaradılmasını alqışlayır.

“Report” xəbər verir ki, bunu Özbəkistanın Azərbaycandakı səfiri Baxrom Aşrafxanov Bakıda iyunun 27-də qeyd olunan Özbəkistan Respublikasının Mətbuat və Kütləvi İnformasiya Vasitələri İşçiləri Gününə həsr olunmuş tədbirdə deyib.

“Bu əlamətdar günün kifayət qədər uzun tarixi var. Belə ki, 1906-cı il iyunun 27-də respublikamızın mətbuat tarixində parlaq iz qoyan ilk özbək dilində “Tarakkiy” (“Tərəqqi”) qəzetinin birinci nömrəsi işıq üzü görüb”, - o bildirib.

B.Aşrafxanov qeyd edib ki, mühüm hadisə və faktları operativ işıqlandıran Azərbaycan jurnalistlərinin fəaliyyəti dərin təəssürat yaradır: “Azərbaycan jurnalistləri hətta canları bahasına belə öz işlərini görüblər. Odur ki, Azərbaycanın haqq işi, ədaləti, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Çingiz Mustafayevin, Məhərrəm İbrahimovun, Sirac Abışovun və digər jurnalistlərin xatirəsini ehtiramla yad etmək istərdim”.

Səfir bildirib ki, belə bir əlamətdar günü təkcə Azərbaycan xalqının deyil, bütün türk dünyasının qəhrəmanı olan Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinin keçirildiyi ildə qeyd edirik.

Daha sonra Azərbaycan KİV nümayəndələrinin mükafatlandırılması mərasimi olub.

Son xəbərlər

Orphus sistemi