Onlar istintaqa ifadə veriblər
Bakı. 3 dekabr. REPORT.AZ/ Bakının Nardaran qəsəbəsində təzyiqlərə məruz qalmış “Azad Azərbaycan” Televiziyasının (ATV) əməkdaşları hadisə ilə bağlı yaradılmış istintaqa cəlb olunub. “Report”un xəbərinə görə, ATV-nin sürücüsü, müxbir və operatoru istintaqa dəvət edilib. Onlar Nardaranda təzyiqə məruz qalmaları, habelə televiziyanın avtomobilinə zərər vurulması barədə suallara cavab veriblər.
Qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN) noyabrın 26-da Nardaranda əməliyyat keçirib. Əməliyyatdan sonra ərazidə çəkiliş aparmaq istəyən bir neçə KİV əməkdaşına təzyiq edilib. Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov bunu pisləyib. “Mətbuat Şurası ümid edir ki, hüquq-mühafizə orqanları məsələyə dərindən yanaşacaq, müvafiq hüquqi ölçü tədbiri götürəcəklər”, - Ə.Amaşov bildirib.