"Bu gün kadr qıtlığı məsələsi dünya bazarında çox ciddi fəsadlar yaradır".
"Report" xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyi İdarə Heyətinin sədri Mustafa Abbasbəyli "Yeni media mühitində təhsil və məşğulluq imkanları" adlı hesabat konfransında deyib.
O, bu gün medianın cəmiyyətin dövlətlə ünsiyyətində ciddi bir alətə çevrildiyini bildirib: "Bir neçə araşdırmaya əsasən, kadr qıtlığına görə qlobal dünya sisteminə trilyon dollarlarla ziyan dəyir. Əlbəttə, bu məsələ mediadan da kənar deyil. Belə ki, dünyada baş verən proseslər Azərbaycandan da yan keçmir. Eyni məsələlər əmək bazarında da mövcuddur. Kifayət qədər çox yeni peşələrə ehtiyac var. Bu baxımdan medianın inkişaf etdirilməsi, bu sahədə də yeni kadrların potensialının artırılması olduqca önəmlidir".