Monitorinq Mərkəzinin direktoru dil normaları ilə bağlı saytlara çağırış edib

Monitorinq Mərkəzinin direktoru dil normaları ilə bağlı saytlara çağırış edib "Saytların dil vəziyyətinin qənaətbəxş olduğunu hesab etmirəm, çalışmalıyıq ki, ana dilinin qorunması qaydasına əməl edək".
Media
4 Dekabr , 2023 11:17
Monitorinq Mərkəzinin direktoru dil normaları ilə bağlı saytlara çağırış edib

"Saytların dil vəziyyətinin qənaətbəxş olduğunu hesab etmirəm, çalışmalıyıq ki, ana dilinin qorunması qaydasına əməl edək".

"Report" xəbər verir ki, bunu Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva “Saytlarımız monitorinq aynasında” adlı hesabat tədbirində deyib.

Onun sözlərinə görə, bu, Monitorinq Mərkəzinin sayca yeddinci hesabatıdır.

"Hesab edirəm ki, burada məsuliyyət birbaşa olaraq sayt rəhbərlərinin üzərinə düşür. Saytların rəhbərləri əməkdaşlarını düzgün seçməlidirlər. Azərbaycan dilində yazı qabiliyyəti olmayan jurnalistlərlə işləməməlidirlər. Dilimizin normalarına əməl etmək hər kəsin, o cümlədən jurnalistlərin borcu və məsuliyyətidir. Bəzən hesabatlarımız narazılıqla qarşılansa da, bütün bunlar dilimizin təmizliyinin qorunması üçündür. 456 səhifəlik hesabatın səhifə sayının ildən-ilə azalmasını arzu edirik", - S.Əliyeva vurğulayıb.

Son xəbərlər

Orphus sistemi