Mətbuat xidmətlərinin rəhbərləri üçün təşkil edilən master-klass yekunlaşıb

Mətbuat xidmətlərinin rəhbərləri üçün təşkil edilən master-klass yekunlaşıb Media Təhlil Mərkəzi Heydər Əliyev Mərkəzi və Medianın İnkişafı Agentliyinin (MEDİA) dəstəyi ilə mətbuat xidmətlərinin rəhbərləri üçün təşkil edilən master-klass yekunlaşıb.
Media
4 Noyabr , 2022 09:59
Mətbuat xidmətlərinin rəhbərləri üçün təşkil edilən master-klass yekunlaşıb

Media Təhlil Mərkəzi, Heydər Əliyev Mərkəzi və Medianın İnkişafı Agentliyinin (MEDİA) dəstəyi ilə mətbuat xidmətlərinin rəhbərləri üçün təşkil edilən master-klass yekunlaşıb.

Bu barədə "Report"a MEDİA-dan məlumat verilib.

Bildirilib ki, mətbuat xidmətlərinin fəaliyyətinin effektivliyinin artırılmasına xidmət edən master-klassın proqramına peşəkar mətbuat ofisinin təşkili, jurnalistlərdən gələn sorğuların səmərəli şəkildə cavablandırılması, onların suallarına vaxtında dəqiq cavab verilməsi, Britaniya və Amerikadakı hökumət qurumları tərəfindən idarə olunan veb-saytların nümunəsində bütün məlumatların müfəssəl yer aldığı peşəkar veb-saytın təşkili, inandırma psixologiyası və digər aktual mövzular daxil edilib.

Noyabrın 1-3-də keçirilən master-klassda iştirakçılar müzakirələrə qoşularaq press-relizlərin hazırlanma forması və sosial media təşəbbüslərinin inkişaf etdirilməsi ilə bağlı sessiyalara qatılıblar. Master-klassın sonuncu günündə iştirakçılar sertifikatlarla təltif olunublar.

Son xəbərlər

Orphus sistemi