"Kəpəz" televiziyasının 30 yaşı tamam olur

"Kəpəz" televiziyasının 30 yaşı tamam olur Azərbaycanın ilk özəl regional televiziyası olan Kəpəz TV-nin yaranmasından 30 il ötür.
Media
6 İyun , 2023 12:46
Kəpəz televiziyasının 30 yaşı tamam olur

Azərbaycanın ilk özəl regional televiziyası olan Kəpəz TV-nin yarandığı gündür.

"Report"un Qərb bürosunun məlumatına görə, televiziyanın yaranmasından 30 il ötür.

Belə ki, "Kəpəz Müstəqil Teleradio Şirkəti" 1993-cü ilin yayında Gəncə şəhərində yayıma başlayıb.

Gəncə-Daşkəsən və Qazax-Tovuz iqtisadi rayonlarında yaşayan insanların gündəlik informasiya tələbatını ödəyən Kəpəz TV, hər gün 4 xəbər buraxılışı və müxtəlif səpkili verilişlər vasitəsilə qərb bölgəsində baş verən prosesləri işıqlandırır.

Uşaqlara hər zaman vaxt ayıran televiziya xüsusilə şəhid ailələrinin övladlarını diqqətdə saxlayır, balacaların dili ilə atalarının qəhrəmanlıqları nümayiş olunur.

Telekanalın əsas məqsədlərindən biri hərbi-vətənpərvərlik məsələlərinə diqqət yetirmək, milli-mənəvi dəyərləri, adət-ənənələri özündə əks etdirməkdir.

Bu illər ərzində Kəpəz TV 100-dən çox tarixi, bədii-sənədli filmlər istehsal edib, müxtəlif mükafatlara layiq görülüb.

Televiziyanın www.kepeztv.az saytı vasitəsilə verilişləri canlı olaraq izləmək mümkündür.

Qeyd edək ki, Audioviziual Şuranın 11 oktyabr 2022-ci il tarixli müvafiq qərarı ilə Kəpəz televiziyasına peyk yayımı həyata keçirən platforma yayımçısı lisenziyası da verilib.

Son xəbərlər

Orphus sistemi