"Kəpəz" radiosunun 10 yaşı tamam olub

"Kəpəz" radiosunun 10 yaşı tamam olub Qərb regionunun dinləyicilərinin mənəvi qidası Kəpəz FM-in 10 yaşı tamam olub.
Media
6 Fevral , 2023 12:10
Kəpəz radiosunun 10 yaşı tamam olub

“Kəpəz FM” radiosunun 10 yaşı tamam olub.

"Report"un Qərb bürosunun məlumatına görə, Azərbaycanın ilk regional radio kanalı olan “Kəpəz FM” 2013-cü il fevralın 5-də Gəncə şəhərində 24 saatlıq yayıma başlayıb.

Radioda həftə ərzində "Gəl ey səhər", "Vaxt bizim, söz sizin", "Bu axşam" verilişləri yayımlanır.

Həmçinin www.kepezfm.az saytında səs toplayaraq ən çox dinlənilən mahnılar Milli 20 və Top 20 hit-paradlarında yer alırlar.

Radioda xəbərlər proqramı da yayımlanır. Gün ərzində beş dəfə dünya və ölkə gündəmində baş verən ən son xəbərlər “Kəpəz Xəbər”də çatdırılır.

Hər zaman gənclərə yol açan radioda istedadlı müğənnilərə də şans verilir. Xüsusi konsepsiyaya malik olan "Kəpəz FM"ə mahnılar təqdim etmək istəyən sənətçilər təyin olunan qaydaların şərtlərinə əməl etməlidirlər.

Kəpəz radiosu Azərspace-1 peyki vasitəsilə, Gəncə-Daşkəsən iqtisadi rayonunda 93.3, Qazax-Tovuz iqtisadi rayonunda isə 102.7 tezliklərində yayımlanır. Eyni zamanda radionun www.kepezfm.az saytı da dinləyicilərin ixtiyarındadır.

Sayt vasitəsilə canlı yayımı dinləmək, layihələr haqqında məlumat almaq, Milli 20 və Top 20-də yer alan mahnılara səs verməklə müğənnilərin hit-paradda yerlərini müəyyən etmək mümkündür.

Son xəbərlər

Orphus sistemi