“İnterfaks-Azərbaycan” 20 yaşında

“İnterfaks-Azərbaycan” 20 yaşında “İnterfaks-Azərbaycan” informasiya agentliyinin fəaliyyətə başlamasından 20 il keçir.
Media
2 May , 2023 15:42
“İnterfaks-Azərbaycan” 20 yaşında

“İnterfaks-Azərbaycan” informasiya agentliyinin fəaliyyətə başlamasından 20 il keçir.

“Report” xəbər verir ki, bu media qurumu Azərbaycanın Dövlət Neft Şirkətinin (SOCAR) və Rusiyanın “İnterfaks” Beynəlxalq İnformasiya Qrupunun təsisçiliyi ilə, Ümummilli Lider Heydər Əliyevin və Rusiya prezidenti Vladimir Putinin şəxsi təşəbbüsü ilə yaradılıb.

“İnterfaks-Azərbaycan” Azərbaycanda baş verən hadisələr barədə məlumatları dəqiq, obyektiv və operativ şəkildə “İnterfaks”ın qlobal əməliyyat sistemi vasitəsi ilə dünya ictimaiyyətinə çatdırmalı, ölkəmiz haqqında tam və dəqiq təsəvvür yaratmalı idi. 20 ilin təcrübəsi göstərib ki, informasiya agentliyi onun qarşısına qoyulmuş məqsədə nail olub, bu illər ərzində ölkədə baş verən ən mühüm və maraqlı hadisələr haqqında onlayn rejimdə Azərbaycan və rus dillərində “qaynar” xəbərlər yayıb, Azərbaycanın aparıcı simaları, eləcə də hökumət və biznes nümayəndələrindən eksklyüziv müsahibələr alıb, ölkədə fəaliyyət göstərən sənaye müəssisələrinin, şirkətlərin və bankların fəaliyyəti haqqında ətraflı məlumatlar hazırlayıb, hökumətin təşəbbüs və tədbirləri haqqında hərtərəfli və operativ xəbərlər ərsəyə gətirib.

“İnterfaks-Azərbaycan" 44 günlük Vətən Müharibəsi dövründə də fəal olub, cəbhə xəttində baş verənləri işıqlandırıb, bununla bağlı Prezident İlham Əliyevdən eksklüziv müsahibə götürmüş kütləvi informasiya vasitələrindən biri olub.

“Report” “İnterfaks-Azərbaycan”ın baş direktoru və baş redaktoru Anar Əzizov başda olmaqla informasiya agentliyinin bütün kollektivini təbrik edir, onlara yeni yaradıcılıq uğurları arzu edir.

Son xəbərlər

Orphus sistemi