Medianın İnkişafı Agentliyinin (MEDİA) elan etdiyi fərdi jurnalist müsabiqəsinin qalibləri arasında “Global Media Group”a daxil olan media qurumlarının əməkdaşları da var.
"Report" xəbər verir ki, “Report” İnformasiya Agentliyinin iki, "Oxu.az" portalının bir, “Kaspi” qəzetinin isə üç əməkdaşı müsabiqədə qalib gəlib.
Belə ki, Sədrəddin İsmayılov (“Report”) “Ən yaxşı ictimai-siyasi təhlil”, İmdad Əlizadə (“Report”) “Ən yaxşı oçerk”, Fərid Hüseynov (“Kaspi”) “Ən yaxşı mədəniyyət materialı”, Bəxtiyar Məmmədli (“Kaspi”) “Ən yaxşı sosial-iqtisadi təhlil” və Rufik İsmayılov (“Kaspi”) “Ən yaxşı reportaj” və Könül Soltanova ("Oxu.az") “Ən yaxşı müsahibə” nominasiyaları üzrə qalib olublar.
Qeyd edək ki, MEDİA noyabrın 23-də fərdi jurnalist müsabiqəsi elan etmişdi. Agentlik dekabrın 14-də müsabiqənin nəticələrini açıqlayıb.