Bakıda jurnalistlər üçün hibrid təhlükələrin qarşısının alınması üzrə təlim keçirilir

Bakıda jurnalistlər üçün hibrid təhlükələrin qarşısının alınması üzrə təlim keçirilir Bu gün ADA Universitetində jurnalistlər üçün ikigünlük “Media və hibrid hücumlar” adlı seminar başlayıb.
Media
19 İyun , 2023 11:55
Bakıda jurnalistlər üçün hibrid təhlükələrin qarşısının alınması üzrə təlim keçirilir

Bu gün ADA Universitetində jurnalistlər üçün ikigünlük “Media və hibrid hücumlar” adlı seminar başlayıb.

“Report” xəbər verir ki, Finlandiyanın Azərbaycandakı səfiri Kirsti Narinen və finlandiyalı ekspertlərin iştirakı ilə keçirilən təlim Medianın İnkişafı Agentliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə keçirilir.

Seminarın açılışında çıxış edən K.Narinen bildirib ki, hazırda reallığa əsaslanan informasiya ilə saxta məlumat arasında sərhəd qalmayıb: “Bu, jurnalistlər üçün belə təlimlərin keçirilməsini daha da vacib edir ki, onlar hibrid təhlükənin olduğu şəraitdə daha yaxşı hərəkət edə bilsinlər”.

O vurğulayıb ki, hibrid təhlükə XXI əsrdəki çağırışı təsvir edən anlayışdır.

Səfir əlavə edib ki, belə hücumların əsas məqsədi sosial-iqtisadi proseslərə təsir göstərmək və sabitliyi pozmaqdır.

K.Narinenin sözlərinə görə, iki gün davam edəcək seminarda hibrid təhlükələrlə necə mübarizə aparılacağına dair mühüm məsələlər müzakirə ediləcək.

Son xəbərlər

Orphus sistemi