Bakıda “Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu” mövzusunda tədbir keçirilib

Bakıda “Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu” mövzusunda tədbir keçirilib Tədbirdə rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər
Media
6 Oktyabr , 2017 16:38
Bakıda “Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu” mövzusunda tədbir keçirilib
Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov / Report/ Orkhan Azim

Bakı. 6 oktyabr. REPORT.AZ/ Bakıda Prezident Administrasiyası və Milli Televiziya və Radio Şurasının (MTRŞ) təşkilatçılığı ilə “Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu” mövzusunda tədbir keçirilib.

“Report”un xəbərinə görə, tədbirdə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli, Mətbuat Şurasının sədri Əflatun Amaşov və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxış edən Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərbaycan dilinin normalarının qorunmasının mühüm məsələ olduğunu qeyd edib. O, Heydər Əliyevin ədəbi dilin qorunması ilə bağlı atdığı addımlardan söz açıb.

Prezidentin köməkçisi ədəbi dil normaları ilə bağlı problemlərin olduğunu qeyd edib.

MTRŞ sədri Nuşirəvan Məhərrəmli və Mətbuat Şurasının sədri Əflatun Amaşov, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının sədri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun direktoru Muxtar İmzanov, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu bu sahədə mövcud durumdan danışıblar.

Tədbir çıxışlarla davam etdirilib.

Son xəbərlər

Orphus sistemi