AzTV hərbi vətənpərvərliklə bağlı yeni layihəyə start verir

AzTV hərbi vətənpərvərliklə bağlı yeni layihəyə start verir Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti (AzTV) hərbi vətənpərvərliklə bağlı daha bir layihəyə start verir.
Media
20 May , 2019 14:48
AzTV hərbi vətənpərvərliklə bağlı yeni layihəyə start verir

"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti (AzTV) hərbi vətənpərvərliklə bağlı daha bir layihəyə start verir.

Bu barədə “Report”un sorğusuna cavab olaraq AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Televizyasında yaxın günlərdə “Vətənpərvər” adlı tok-şou start götürəcək. Həftədə bir dəfə yayımlanacaq tok-şou qeyri-adi üslubda efirə çıxacaq. 

Tok-şounun məkanı hərbi üslubda qurulmuş çadırdan ibarət olacaq, iştirakçılar və qonaqlar isə hərbi geyimdə olacaqlar. Mövzular müxtəlifliyi ilə seçiləcək. 

Qurumdan həmçinin deyilib ki, hərbi vətənpərvərlik mövzusu "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-də son aylar prioritet sahələrdəndir, bu məsələyə həssas yanaşılır. Bu səbəbdən yeni yaradılan “GəncSən”, “Nəsillərin debatı”, "Döyüşçü" kimi tok-şoular artıq efirə çıxır. 

Bundan başa, Azərbaycan Radiosunda “Əsgər istəyi”, “Hərb tariximizdən”, “Vətən yaşasın” verilişləri rəngarəng mövzularla efirdədir. Hətta son vaxtlar aparılan islahatlar nəticəsində bu verilişlərdən “Vətən yaşasın” verilişinin yayım sayı artırılaraq həftədə 4 dəfəyə çatdırılıb. 

Sonda bildirilib ki, Azərbaycan Televizya və Radiosu bundan sonra da gənclik, hərbi vətənpərvərlik mövzusunu daim prioritet sahə kimi diqqətdə saxlayacaq.

Son xəbərlər

Orphus sistemi